mammadmammadli

mammadmammadli

Dünyanın məşhur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə istər peşəkar, istərsə də həvəskarlar…

Rok, bluz və onun ifaçıları

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar zənciləri Afrikadan zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür,…

Ağ stratokaster

Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram...

Ay işığı – Qustavo Adolfo Bekker

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata bənzəyir. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə acı bir həqiqət dayanır. Başqası bu ideyanı götürüb bəlkə də kədər dolu fəlsəfi bir kitab yazardı. Mən bu hekayəni o adamlar üçün yazdım…

Get nağılını yaz – Şəfəq Nasir

Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim.…

Mavrın qisası – Visente Blasko İbanes

Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu. Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların…