Bu kəndin başına bəla gələcək

Təsəvvür edin ki cənablar, bir kənd var, orada iki uşağıyla yaşlı bir qadın yaşayır. Oğlanın 17, qızın isə 14 yaşı var. Səhər yeməyi yeyirlər. Arvadın üzündə narahat bir ifadə var. Uşaqlar ondan nə baş verdiyini soruşanda o, belə cavab verir: – Bilmirəm, amma səhər yuxudan oyananda ürəyimə damdı ki, bu kəndin başına bəla gələcək. Uşaqlar … Read more

Heminqueyə görə həyat – Enrike Vila-Matas

Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir.

Read more

Əcaib əkizlər – Sabina Urraka

– Böyük kimdi?
– Onlar əkizdi.
– Şirniquş istəyirsən?
– Yox, onlar şirniquş xoşlamır.
Ana qızlarına şirin şey yeməyə icazə vermirdi. Pediatr həkim demişdi ki, bu, onlara ziyandır. Hərdən “Dun up” içməyə qoyurdu, başqa heç nə. Qatıq, süd, “Cola Cao” isə olmaz.
– O, mənə baxır.
– Yox, mənə baxır.
Paula və Raisa Maykl Ceksonun posterinin qarşısında dayanıb onun baxışlarının istiqaməti üstündə bir-birini qırırdılar.
– Görmürsən? O, mənə baxır, mənə!
Əslində qırmızı dəri gödəkcədə qolunu qoluna keçirən Maykl mənə baxırdı. Bütün qızlar bu iki bacının ortasında dayanıb onun baxışlarına tuş gəlmək istəyərdi. Mən heç kimin tərəfini saxlamırdım, sadəcə onlar özləri katalizatorluq edib bomba kimi açılırdılar. Mən onlara baxmaqdan zövq alırdım.

Qarda sənin qan ləkən – Qabriel Qarsiya Markes

Axşamtərəfi sərhədə çatanda Nena Dakonte gördü ki, toyda barmağına taxdığı nişan üzüyü qana bulaşıb. Yun adyala bürünmüş jandarm Pireney dağlarından əsən güclü küləyə sinə gərərək bir əlində fənər yırğalana-yırğalana sərhəd keçid məntəqəsinə gələnlərin pasportlarını yoxlayırdı. İkisinin də pasportu diplomatik idi. Sənədlərin qaydasında olduğuna baxmayaraq, o, fənərin işığını gənclərin üzünə salıb şəkillə tutuşdurdu. Nena Dakonte balaca bir qızcığaza bənzəyirdi. Bal rəngində şəffaf dərisi tutqun, darıxdırıcı yanvar axşamında hələ də Karib günəşini əks etdirir, gözləri isə xoşbəxt quş gözlərinə bənzəyirdi.

Ay işığı – Qustavo Adolfo Bekker

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata bənzəyir. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə acı bir həqiqət dayanır.

Başqası bu ideyanı götürüb bəlkə də kədər dolu fəlsəfi bir kitab yazardı. Mən bu hekayəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.

Read more

Ümidsiz sevgi məktubları – İsabel Ayende

Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı.

Read more

Məhkum olunmuş qadın – Visente Blasko İbanyez

On dörd aydı ki, Rafael həbsxananın dar bir küncündə cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, divardakı bütün çatları, qabarmış kraska naxışlarını əzbərdən bilirdi. Onun günəşi yalnız göy üzünün kiçik bir hissəsini ona pay verən, dəmir barmaqlıqlarla hörülmüş nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

Read more