Nəsrin … mərtəbəsinə xoş gəldin!

Səbrsizliklə gözlədiyim “YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ” kitabım nəhayət işıq üzü gördü.
Dostlar, kitabım haqqında ilk Söz deyən, mənim üçün əziz, dəyərli İnsan olan şair Qulu Ağsəsin xeyir-duası kimi qəbul etdiyim “Ön söz”ünü sizinlə bölüşürəm.

Telman üçün şapalaq

Xanlar İbrahimov alnını tər basmış tösmərəyi dinlədikdən sonra əlini telefonun dəstəyinə atdı və qarderob işçilərinin hamısını otağına yığdı. Onlar bir-bir içəri keçib əsgər manqası kimi sıraya düzüldülər. Xanlar müəllim yaxınlaşıb əlini Telmanın çiyninə qoydu və üzünü qızlara tutub amiranə səslə dedi:
–Bu kişinin papağını tapın!

Markes və uçan boşqablar

Biz elə bir elmin qarşısında dayanmışıq ki, laboratoriyanı ağlın mətbəxi hesab edən həmin məxluqlar nəyisə doqma saymazdan əvvəl onu şüşə qabın içinə yerləşdirirlər. Bizimkilər mürtəce alimlərdir, çünki marslıları görə bilmədiyi üçün onların mövcudluğunu inkar edirlər. Onlar heç özlərinə sual vermirlər ki, daxilimizdə bizi müharibəyə səsləyən o mikroblar Marsdanmı gəliblər?

İnqmar Berqman–Cavabsız suallar

“Kino sanki bir yuxu, musiqidir. İncəsənətin heç bir növü kino qədər şüurumuza təsir etmir. O birbaşa bizim hisslərimizə toxunur, qəlbimizin ən dərin qatlarına nüfuz edir”. Onun haqqında çox şey deyirdilər, yaxşı sözlər deyənlər də vardı, pis də. Tamaşaçılar onun filmlərinə…

İspan kinosunun Pedro Almodovarı

“İspaniyada rejissor olmaq Yaponiyada torero olmaq kimi bir şeydi”. 1951-ci il… Pedro Almodovar ispan kinosuna bir udum “təmiz hava” (red. tüstü) kimi daxil oldu. O, müasirliyin yeni təcəssümü idi. Şuluq bir uşaq kimi öz filmlərində homoseksuallıq və “gecə həyatı” mövzularına…

Saatsazın özüylə söhbəti

Avtomobillərdə olduğu kimi qol saatlarının istifadəsi də müəyyən xərc tələb edir. Nə qədər gülməli səslənsə, ən bahalı mexaniki saatın belə müəyyən vaxtdan sonra təmirə ehtiyacı olur. Çoxları sevdiyi saatını özü təmir etməyə çalışır, lakin bu incə işi ustaya həvalə etmək…

ALMODOVAR QIZLARI

KARMEN MAURA, VİKTORİYA ABRİL, PENELOPA KRUZ VƏ BAŞQALARI… Pedro Almodovarın filmoqrafiyasına nəzər salsaq süjetin ana xəttində mütləq qadın obrazının dayandığını görərik. Almodovar üçün qadın böyük anlam kəsb edir. Ancaq lamançalı rejissorun təhrif olunmuş qadın vücudu ilə özünü ifadə etməsi məndə…