Axşam tamaşa başlayır
Soyuq idi, çox soyuq. Xəzri havada rəqs edən yağışı adamın düz üzünə çırpırdı. Bu zəhlətökən dəqiqələrdə yolla gedənlərin yeganə arzusu evlərinə çatıb isti otaqlarına təpilmək idi. Dekabrın ilk həftəsi sərt başlamışdı. Sinoptiklər qar yağacağına söz vermişdilər. Küləyin başdan qapaz vuracağından…