MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh

Yaponiyanın mini avtomobilləri

Miniatürləşdirmə əsl yapon xüsusiyyətidir və Autozam AZ-1 buna gözəl nümunədir. Mazda şirkəti AZ-1 modelini layihələndirərkən qarşısına yalnız bir məqsəd qoymuşdur – avtomobil mümkün qədər yüngül olmalıdır. Məhz bu cəhət onu əsl sürət avtomobilinə çevirib. 720 kiloqram çəkisi olan Autozam AZ-1 8 saniyəyə düz 97 kilometr saat sürət yığırdı. AZ-1 modeli bu gün avtohəvəskarlar arasında nadir tapıntıdır.

Datsun 240Z… Yaponiyada ona “Fairlady Z” də deyirlər. 1960-cı illərdə Yaponiya motosikl dünyasında inqilab edəndə Nissan şirkəti Datsun 240Z modeli ilə bunu avtosport dünyasında təkrarladı. İlk dəfə 1969-cu ildə yapon bazarına çıxarılan Datsun 240Z 8.1 saniyəyə 97 kilometr sürət yığırdı. 1974-cü ildə yenilənmiş Datsun 260 modeli isə Amerikada ən çox arzulanan avtomobilə çevrilmişdi. Onun aerodinamik kuzasına baxanda nə üçün populyar olduğunu anlamaq çətin deyil.

Honda Motors qarşısına dünyanın ən yaxşı super avtomobilini düzəltmək məqsədini qoyanda nəticədə 1990-cı ilin NSX adlı mühəndislik əsəri yarandı.

Honda NSXdə 3 kub santimertrlik V6 mühərriki daxil olmaqla bütün detallar sıfırdan işlənmişdi. Honda NSX 5.3 saniyəyə 250 km saat sürət yığırdı.

Honda mükəmməlliyə can atan bir addır. Lakin o dövr üçün Hondanı etibarsız hesab edən sürücülər şirkətə 1000 ədəddən çox NSX satmağa imkan vermirdi. İnsanlar arasında dolaşan mənfi rəy fərqli bir avtomobili görmək imkanını qaçırırdı.

Honda 1999-cu ildə 50 illik yubileyi münasibətilə S2000 modelini buraxdı. Bu, avtomobil həvəskarları üçün əsl hədiyyə idi. İki nəfərlik rodster 2 kub santimerlik alüminium mühərriki ilə 243 at gücünə malik idi. BMW Z4 və Porsche Boxster axıcı dizayn baxımından ondan arxada qalırdı. Honda S2000 sanki gözəlliklə gücün qovuşması idi.

Suzuki bir çox maraqlı maşınlar yaradıb, ancaq 1988-ci ilin Vitarası şirkətin tarixində ən birinci yolsuzluq avtomobili kimi düşüb. Vitaranın buraxılışı ondan böyük olan Land Rover Discovery modelini qabaqlayıb. Vitara həm də qiymət baxımından əlçatan idi. O sadə, etibarlı, əsl ailə avtomobili olmaqla uzun illər sürücülərin ayağını yerdən qaldırıb.

Posted in ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *