Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanyezin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol qəhvəxanası” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. “Xüsusi maddə axtarışında” (2016) və “Yerdələnin birinci mərtəbəsi” (2025) əsərlərini yazıb. Məmməd Məmmədli bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “Ərafın dərin qatlarında” və “Mən atamı xatırlamıram…” hekayələri kulis.az, manera.az, edebiyyatveincesenet.az saytlarında da dərc olunub.
Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim. İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları…