MƏMMƏD MƏMMƏDLİ
Kainatda gəzən ruh
New in science fiction

The First Floor of the Earthscraper
Special price only for United States
Pre-order this eBook on KOBO
recent posts
about
Category: Tərcümələrim
-

Günorta saat iki idi ki, birdən qapı döyüldü. – Antonio! Antonio! Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi. Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis…
-

(TƏHRİK povestindən bir parça) Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib bildiyi ümumi qurluşuna, oradakı personajlara və hadisələrə təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və təxəyyülünün yeni…
-

– Sən ki məndən yuxarıdasan, danış, qarşıda bir işarə, işıq gələn yer görürsənmi? – Heç nə görünmür. – Bir şey qalmayıb, indi çatırıq. – Hə, amma heç nə eşidilmir. – Yaxşı bax. – Heç bir şey görmürəm. – Eh… İqnasio, yazıqlar olsun sənə. Yolla gedənlərin zülmətli kölgəsi yerdəki daşların üstündən aşaraq yoxuşdan enişə doğru irəliləyirdi,…

