MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


Category: Uncategorized

  • Dünya kinosunun retrospektivi (2-ci hissə)

    Ötən əsrin 60-cı illərində dünyada gözə çarpan dəyişikliklərdən biri senzuranın gecikməsi idi. Prodüsserlər aydın başa düşürdülər ki, erotika və seks tamaşaçıların marağını oyadan bir şeydir. Yəni buna görə tamaşaçı pul xərcləyirdi. Bu illərdə cəmiyyət müasirləşməyə başlamış və əvvəlki illərdə olduğu kimi qalmaqal yaranmırdı. Cəmiyyətdə baş verən dəyişikliklər və sənayenin etdiyi təkid senzorları bir qədər öz…

  • BABƏK, YOXSA KƏBAB?

    İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram. Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil) – zay. İspanlar bunu bilirmiş kimi bizdən bəzi sözləri mənimsəyərək, öz dillərində işlədib, bəzən də…

  • Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen

    Hollivudun əzəmətli ulduzlarından fərqli olaraq bəstəboy, eynəkli, insanda heç bir simpatiya yaratmayan Vudi Allen özünün intellektual yumor hissi ilə Şimali Amerika kino elitasının məşhuruna, bəlkə də son onilliyin ən məhsuldar rejissoruna çevrilib. Vudi Allen kimi heç kəs nevrotik, qorxaq, özünə əmin olmayan və həyatından bezmiş adam obrazını yarada bilməyib. O, özünü xarakterizə edərkən deyirdi: “Mən…

  • Ərafın dərin qatlarında

    O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki,…

  • İki dünya arasında

    (hekayə) Yerin mənzərəsini illüminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa…

  • Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

    Morrisonun vəfatından 23 il sonra, 1994-cü il aprelin 8-də Kobeynin cəsədi Sietldakı (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən etdilər. “Nirvana” qrupunun yaradıcısı Kurt Kobeyn özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Kortni Lava yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.

  • İşıqdan gözləri qamaşanlar

    Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı Opeli ötüb keçmək istəyəndə üstünə gələn Kamazın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz kimi əllərini hələ soyumamış ovcunda hiss etdi…