MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


Category: Uncategorized

  • Ağ stratokaster

    Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram…

  • Ay işığı – Qustavo Adolfo Bekker

    Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır. Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər. O, bir zadəgan ailəsindən idi.…

  • Ümidsiz sevgi məktubları – İsabel Alyende

    Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz…

  • Məhkum olunmuş qadın – Visente Blasko İbanes

    On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin…

  • Get nağılını yaz – Şəfəq Nasir

    Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim. İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları…

  • Mavrın qisası – Visente Blasko İbanes

    Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu. Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların hamısı onun başına gələnləri nağıl edərək ondan danışırdırlar. Marieta ilk dəfəydi ki, ərinin vəfatından sonra…

  • Dənizdə – Visente Blasko İbanes

    Günorta saat iki idi ki, birdən qapı döyüldü. – Antonio! Antonio! Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi. Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis…