MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


Category: Bloq

  • Ağ stratokaster

    Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram…

  • Üçrəngli bayrağın açması

    Yadıma elektromaqnit – radio, mikro, infra qırmızı və s. dalğalar düşdü. Bizi digər canlılardan, sivilizasiyalardan fərqləndirən cəhətlərdən biri də rəngləri seçmə qabiliyyətimizdir. Başqa sözlə, daltonikləri nəzərə almasaq gözümüz 3 rəngi – göy, yaşıl, qırmızı və onların çalarını görür…

  • Tələbəlik illərimdə özümü skeptik sayırdım. Hesab edirdim ki, bu, ən düzgün yoldur. Bu, məni ateistlərə yaxın etsə də ateist etmirdi. Əgər Allahın mövcudluğunu sübut edə bilmirəmsə, özü də heç zaman sübut edə bilməyəcəmsə onu necə inkar edə bilərəm? Bu, mənim məntiqimə sığmır. Normal insanların da məntiqinə sığmamalıdır, çünki məntiq bizim hamımızda eynidir. Görünür, ateistlərdə başqa…

  • Vüqar Məmmədə qarşı

    Dünənnəri Vüqar öz qələbəsini var gücüylə, nəyi var çırpdı sifətimə. Mən də müvazinəti itirib yerə yıxıldım. Malades sənə! ANCAQ VİDEO

  • Məğlubedilməzlər

    Jiu jitsu bizim üçün yalnız idman növü deyil, biz bundan zövq alırıq. Jiu jitsu artıq bizim həyat tərzimizə çevrilib. Yarışlarda da qrupumuz yaxşı nəticələr göstərir, çünki biz MƏĞLUBEDİLMƏZLƏRİK! ANCAQ VİDEO

  • Bəli, döyüş cəmi beş dəqiqə çəkdi. Səbəbini siqaretdə axtarmaq lazımdı. Nəsə siqaretlə idman düz gəlmir. Hələ ki, infarkt keçirməmişəm gərək atım bu zibili. Rafiq isə (göy kəmər) deyir hələ indi qızışıram. Deyirəm bu ciu citsu doğrudan da şamat oyununa bənzəyir. Əgər sən rəqibin işlətmək istədiyi fəndi qabaqcadan görürsənsə o, səni təslim edə bilməyəcək. Yox əgər…

  • 96 litr tər tökəndən sonra

    Nəhayət, səkkiz aylıq məşqlərdən və 96 litr tər tökəndən sonra Jiu Jitsu üzrə ilk kəmərimi aldım. Özü də ikisini birdən – sarı və narıncı kəmər. Soruşa bilərsiniz, nəyə görə məhz 96 litr? Deyim, cavabı sadədir…