Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirəm.
Playa del Amor (Sevgi çimərliyi)
Kabo San Lukas dənizindən çox da aralı olmayan Sevgi çimərliyi turistlərin ziyarət etdiklkəri cənnət məkanlardan biridir. Los Kabos mirvarisi sayılan bu yer Sakit okeanın girişində Mar de Kortes sularının yuduğu sonuncu çimərlikdir. Sevgi çimərliyi turistləri dəniz həyatının sirlərini – sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvariumunu kəşf etməyə çağırır. Bir tərəfdə qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş – bu başa çatdıra bilər.
Read more