MƏMMƏD MƏMMƏDLİ
Kainatda gəzən ruh
Category: Uncategorized
-

(hekayədən bir parça) Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı. -Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır? Coşqunun canından üşütmə keçdi. -Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan,…
-

Musqiyə qulaq asarkən çox zaman solo ifaçılardan başqa nədənsə qrupun digər üzvlərini unuduruq. Söhbət musiqiyə enerji verən gitara ifaçılarından gedir. Budəfəki yazımda rok tarixində iz qoyan adlardan bir neçəsini yada salmaq istədim. Yazının sonunda süjetə baxmağı unutmayın. Robbi Kriger. Flamenko və caz dərsləri alan Robbi Kriger həmyaşıdlarından fərqli olaraq karyerasını rok üzərində qurdu. O zaman…
-

Kino həvəskarı kimi mənim də balaca arxivim var. Elə filmlər var ki, onları məhz rejissora görə almışam, bəzilərini isə musiqisinə görə seçmişəm. Həmin filmlərdən aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm. Siyahı tam deyil, yalnız 7 ekran işini təqdim edirəm. The Last Samurai (2003) Sonuncu SAMURAY, mən bu sözü böyük hərflərlə yazıram. Film amerikanın yapon mədəniyyəti üzərində…
-

Yaddaşımızdan heç vəchlə silinməyən o müdhiş, vahiməli şənbə gecəsinin gətirdiyi faciəni, ağrıları xalq bir yerdə yaşadı. Hər kəs soydaşının, qanıbir qardaşının başına gələn hadisələri öz dərd-səri, acısı kimi öz canında-qanında duydu… 1990-cı ilin soyuq qış gecəsində qəfil fəlakət hərəni bir yerdə yaxaladı – küçədə, həyətdə, yolda, maşında… Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Bozardı,…
-

İl başa çatır, həm də özü ilə maraqlı anları aparır. Bəs 2023-cü ilin yaddaqalan fotoları hansılardır? Ən yaxşılar arasında İtaliyada vulkanın püskürməsi, səhrada yaranan tıxac və kosmik fəzada üzən meduzanın fotoları da var. Bunların hamısını zövqlü bir şəkildə lentə almaq isə fotoqrafdan xüsusi bacarıq tələb edir. Gəlin birlikdə izləyək… Rio Qrande çayı, Meksika İlk baxışdan…
-

Qətllər, mistik hadisələr, qeyri adi varlıqlar, tənhalıqdan yaranan hallüsinasiyalar… Təxmin etdiyiniz kimi budəfəki yazı ən yaxşı qorxu filmləri haqqındadır. Bu filmləri izləmək sözün əsl mənasında bizdən cəsarət tələb edir. Bir dəfə baxdıqdan sonra izləməyə cürət etmədiyiniz 5 filmin qısa sinopsisini təqdim edirəm. Sonsuzluq hovuzu Brendon Kronenberqin sürrealist janrında çəkdiyi “Sonsuzluq hovuzu” geniş bir istirahət mərkəzini…





