Category Uncategorized

Yay Üçbucağında 10 maraqlı ulduz klasterini kəşf et

Asterizmlər hansısa bir forma və ya naxış yaradan, lakin bürc əmələ gətirməyən oxşar parlaqlığa malik ulduz qrupudur. Şimal yarımkürəsinin ən məşhur asterizmləri arasında Böyük Ayı və Kiçik Ayı, Peqas Dörbucağı və Yay Üçbucağının adlarını çəkmək olar. İlin isti vaxtlarında bir gecədə zenitə yüksələn Yay Üçbucağı hər zaman müşahidəçilərin marağına səbəb olub. Bu nəhəng asterizm təxminən 415 kvadrat dərəcə ərazini əhatə edir ki, bu da 2000-dən çox bədirlənmiş ay ölçüsünə bərabərdir.

Həsənin həyəcanlı monoloqu

Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

Başımı yuxarı qaldıranda gözlərim qamaşdı. Havada fırlanan yadplanetli kosmik gəmi üzümüzə şəfəq saçırdı. Soyuq yanvar ayında qəlbimi isidən bu işıq lopası həyatımı büsbütün dəyişdi. Çünki o, bizə Günəşi hədiyyə etmişdi...

Qarda sənin qan ləkən – Qabriel Qarsia Markes

Barmağına batan tikanın izi demək olar ki, qalmamışdı. Buna baxmayaraq maşına əyləşəndən sonra qan yenidən açıldı. Nena Dakonte qolunu pəncərədən bayıra çıxardı ki, bəlkə tarlaların şaxtalı küləyi yaralı barmağına məlhəm ola. Amma bunun bir köməyi olmasa da Nena Dakonte hələ ki, həyəcan keçirmirdi. “Əgər kimsə bizi tapmaq istəsə, qan ləkələrinin izilə getmək kifayət edər”, – deyib, əlini havada saxladı. Bu düşüncədəykən ilıq səhər şəfəqləri sanki çöhrəsində yaranmış təbəssümünə tumar çəkirdi.

Dünya kinosunun retrospektivi (2-ci hissə)

Ötən əsrin 60-cı illərində dünyada gözə çarpan dəyişikliklərdən biri senzuranın gecikməsi idi. Prodüsserlər aydın başa düşürdülər ki, erotika və seks tamaşaçıların marağını oyadan bir şeydir. Yəni buna görə tamaşaçı pul xərcləyirdi. Bu illərdə cəmiyyət müasirləşməyə başlamış və əvvəlki illərdə olduğu kimi qalmaqal yaranmırdı. Cəmiyyətdə baş verən dəyişikliklər və sənayenin etdiyi təkid senzorları bir qədər öz tələblərini kənara qoymağa vadar etdi. Erotik səhnələri kəskin şəkildə qadağan etmək əvəzinə onlar filmlərin qiymətləndirmə sistemini yaratdılar.

BABƏK, YOXSA KƏBAB?

İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram. Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil)…

Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen

Hollivudun əzəmətli ulduzlarından fərqli olaraq bəstəboy, eynəkli, insanda heç bir simpatiya yaratmayan Vudi Allen özünün intellektual yumor hissi ilə Şimali Amerika kino elitasının məşhuruna, bəlkə də son onilliyin ən məhsuldar rejissoruna çevrilib. Vudi Allen kimi heç kəs nevrotik, qorxaq, özünə…

Ərafın dərin qatlarında

O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”