Sözdən gələn “Sos”

Sözdən gələn “Sos”,
Yaxud yazıçının gələcəkdən sorağı

Məmməd Məmmədli gənc nasirdir. Hələlik söz aləmindəki düşüncə səyahətlərini iki kitaba cəmləyib. Birinci kitab “Ay işığı” adı ilə nəşr olunan ispan dilindən (orijinaldan) tərcümələrdir. Yadıma gəlir həmin kitab haqqında “Kredo” qəzetində bir səhifəlik yazı ilə münasibətimi bildirmişdim. Əlbəttə, mən ispan dili mütəxəssisi deyiləm. Müəllifin orijinala nə dərəcədə yaxınlığı haqqında da fikir deyə bilməzdim. Amma tərcümə ilə araya-ərsəyə gətirdiyi nəsr əsərlərindəki dil rəvanlığını, axıcılığı, sözlərin yerli-yerində, sanki orijinaldakı müəllifin Azərbaycan dilində danışmaq imkanlarını reallaşdırma gücü haqqında qənaətlərimi oxucularla bölüşmüşdüm. Onu da demişdim ki, “Ay işığı” kimi hekayələr toplusunu tərcümə ilə olsa da, araya-ərsəyə gətirən müəllif tezliklə öz sözünün orbitində bütün aydınlığı ilə görünə biləcəyinə inanıram.

Read more

Nəsrin … mərtəbəsinə xoş gəldin!

Səbrsizliklə gözlədiyim “YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ” kitabım nəhayət işıq üzü gördü.

Dostlar, kitabım haqqında ilk Söz deyən, mənim üçün əziz, dəyərli İnsan olan şair Qulu Ağsəsin xeyir-duası kimi qəbul etdiyim “Ön söz”ünü sizinlə bölüşürəm.

NƏSRİN … MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun…” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

Read more

Markes və uçan boşqablar

1969-cu il iyulun 20-də “Apollo 11” missiyasının modulu “Sakitlik dənizi” adlı bazalt tərkibli kraterə endi. Bu, min illər boyu meteoritlərin təsirinə məruz qalan Aydakı quru dənizlərdən biri idi. Ora iki astronavt – Neil Armstronq və “Buzz” (Vıj-vıj) ləqəbli Edvin Aldrin ayaq basaraq peykin səthində xatirə lövhə yerləşdirdilər. Üzərində isə bu sözlər yazılmışdı: “Burada Yer planetin sakinləri ilk dəfə olaraq Aya ayaq basıb. Biz bəşəriyyət adından sülh gətirmişik”.

Read more