Sözdən gələn “Sos”,
Yaxud yazıçının gələcəkdən sorağı
Məmməd Məmmədli gənc nasirdir. Hələlik söz aləmindəki düşüncə səyahətlərini iki kitaba cəmləyib. Birinci kitab “Ay işığı” adı ilə nəşr olunan ispan dilindən (orijinaldan) tərcümələrdir. Yadıma gəlir həmin kitab haqqında “Kredo” qəzetində bir səhifəlik yazı ilə münasibətimi bildirmişdim. Əlbəttə, mən ispan dili mütəxəssisi deyiləm. Müəllifin orijinala nə dərəcədə yaxınlığı haqqında da fikir deyə bilməzdim. Amma tərcümə ilə araya-ərsəyə gətirdiyi nəsr əsərlərindəki dil rəvanlığını, axıcılığı, sözlərin yerli-yerində, sanki orijinaldakı müəllifin Azərbaycan dilində danışmaq imkanlarını reallaşdırma gücü haqqında qənaətlərimi oxucularla bölüşmüşdüm. Onu da demişdim ki, “Ay işığı” kimi hekayələr toplusunu tərcümə ilə olsa da, araya-ərsəyə gətirən müəllif tezliklə öz sözünün orbitində bütün aydınlığı ilə görünə biləcəyinə inanıram.
