Yer

“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə … Read more

Mars

Bir dəfə həqiqət axtarışına çıxan bir qarapaltarlı ağacın kölgəsində sake içən yaşlı bir samuraya yaxınlaşıb yerin mərkəzinə gedən yolu soruşub. Samuray onun səsindəki qəzəbi hiss etsə də üzə vurmayıb, zarafatca əlini elə gəldiyi istiqamətə tutaraq deyib ki, həqiqət arxada qaldı. Sən onu ötüb keçibsən. O, samurayın sözlərini özünə təhqir sayıb bir göz qırpımında ayağı ilə … Read more

Telman üçün şapalaq

Xanlar İbrahimov alnını tər basmış tösmərəyi dinlədikdən sonra əlini telefonun dəstəyinə atdı və qarderob işçilərinin hamısını otağına yığdı. Onlar bir-bir içəri keçib əsgər manqası kimi sıraya düzüldülər. Xanlar müəllim yaxınlaşıb əlini Telmanın çiyninə qoydu və üzünü qızlara tutub amiranə səslə dedi:
–Bu kişinin papağını tapın!

27 yaşımda öləcəm…

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

– Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var…

Read more