İnqmar Berqman–Cavabsız suallar

“Kino sanki bir yuxu, musiqidir. İncəsənətin heç bir növü kino qədər şüurumuza təsir etmir. O birbaşa bizim hisslərimizə toxunur, qəlbimizin ən dərin qatlarına nüfuz edir”.

Onun haqqında çox şey deyirdilər, yaxşı sözlər deyənlər də vardı, pis də. Tamaşaçılar onun filmlərinə baxanda bilirdilər ki, ciddi, mənaca dərin və intellektual elementlərlə yüklənmiş bir filmə baxırlar. Digərləri bu rejissoru köhnə filmlərdən qalma, soyuq təbiətli və fikirləri qarışmış bir tip kimi xatırlayırdılar. Ancaq İnqmar Berqmanın kinoya yeni baxış forması gətirdiyinə şübhə yoxdur və onun 7-ci sənətə, ən çox da onun filmləri ilə böyüyən bir çox kino mütəxəssislərinə təsiri böyükdür.

Read more

İspan kinosunun Pedro Almodovarı

“İspaniyada rejissor olmaq Yaponiyada torero olmaq kimi bir şeydi”.

1951-ci il… Pedro Almodovar ispan kinosuna bir udum “təmiz hava” (red. tüstü) kimi daxil oldu. O, müasirliyin yeni təcəssümü idi. Şuluq bir uşaq kimi öz filmlərində homoseksuallıq və “gecə həyatı” mövzularına toxunurdu. Heç kim onun yapışqan yumorundan qopa bilmirdi. İllər keçir və insanları sancma qabiliyyəti onu əsl kino mütəxəssisinə çevirir. Dəlisov xarakterini bir kənara qoyub, nəzərini klassik janrlara yönəldərək melodrama üzərində cəmləyir. Almodovarın filmləri daxilimizdəki çərçivələri dağıdır. Məhz bu xüsusiyyət onu Luis Bunuel dövrünün ən maraqlı və universal ispan rejissoruna çevirir.

Read more

ALMODOVAR QIZLARI

KARMEN MAURA, VİKTORİYA ABRİL, PENELOPA KRUZ VƏ BAŞQALARI…

Pedro Almodovarın filmoqrafiyasına nəzər salsaq süjetin ana xəttində mütləq qadın obrazının dayandığını görərik. Almodovar üçün qadın böyük anlam kəsb edir. Ancaq lamançalı rejissorun təhrif olunmuş qadın vücudu ilə özünü ifadə etməsi məndə yalnız təəssüf hissi doğurur. Fuu…

Read more

“TOP GUN” FİLMİNİN SƏHNƏARXASI

Hollivud ulduzu Tom Kruzun oynadığı ən maraqlı filmdlərdən biri də “TOP GUN”dır. İlk vaxtlar aktyor filmdə çəkilməyə razılıq verməsə də ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcılarında uçduqdan sonra birmənalı olaraq “hə” deyib. Filmdə pərdəarxası məqamlar çoxdur. Film barədə çoxlarının bilmədiyi faktları təqdim edirəm.

7-Cİ SƏNƏTİN İLK QIĞILCIMLARI

Səsiz kino – 7-ci sənətin ilk qığılcımları, insanları xarüqələr dünyasına aparan sabit təsvirlərin möcüzəvi tərpənişi… Hollivudun səssiz, yenilikçi lentləri əsl peşəkarlıq nümunəsi idi. O dövrün filmlərinə baxarkən dünya şöhrəti qazanmış aktyorların öz rolunu necə də həvəslə oynadığının şahidi oluruq. Susmağın qızıl sayıldığı bir vaxtda onların ekranlarda canlanması doğurdan da əsl möcüzədir. Gəlin 100 illik tarixi olan kino sənətinin maraqlı anlarını bir daha gözümüzün önünə gətirək.

Read more

Yadplanetlilər haqqında 3 film

STİVEN SPİLBERQİN ELMİ-FANTASTİK JANRDA ÇƏKDİYİ FİLMLƏR BU JANRA OLAN BAXIŞI DƏYİŞİB.

Məşhur hollivud rejissoru Stiven Spilerqin ən sevdiyi mövzulardan biri də yadplanetlilərdir. Rejissor indiyədək bu əcaiblərə 3 film həsr edib. Onun “Üçüncü növ yaxın görüşlər” filmi elmi-fantastik janra olan baxışı dəyişib. Stiven Spilberq sübut edib ki, bu janrla kütləni özünə cəlb etmək olar.

Read more

Dünya kinosunun retrospektivi (3-cü hissə)

“Hollywood”un dirçəlməsi

Nəqədər qəribə səslənsə də bu, baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa edə bildi. Amma bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dövründə çəkilən filmlərlə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir nə qədər sərt səslənsə də, həqiqət onu göstərir ki, ABŞ kinosunun dirçəlməsi əsasən iqtisadi yüksəlişdir. Yalnız güclü duyma qabiliyyətli və ya bəxti gətirən rejissorlar tamaşaçıların kinosalonlara kütləvi axınına təsir edə bildi və bəzi lentlər hətta onlara görünməmiş qazanc gətirdi. Bu da həqiqətdir ki, film istehsalı prossesinə məsuliyyətsiz yanaşanların da sayı artdı. Ancaq bunu məğlubiyyət hesab etmək olmazdı, çünki kinonun möcüzəli və əsrarəngiz keyfiyyətini qaytaran lentləri də etiraf etmək lazımdır.

Read more

Dünya kinosunun retrospektivi (2-ci hissə)

Cənubi Amerika inqilabı və Asiya kinosu

Əgər 1960-cı illər Avropanın siyasi, sosial və mədəni həyatında dönüş yaratdısa, bu dəyişikliklər Latın Amerikasınadan da yan keçmədi. Kino dünyasında sözügedən onillikdə Braziliyada “cinema novo” yetişməyə başladı. İtaliya neorealizminin təsirindən yaranan bu cərəyan aclıq, zorakılıq və var-dövlətin bölüşdürülməsi zamanı yaşanan ədalətsizlik problemlərindən bəhs edən qısametrajlı realist lentlərilə kommersiya istehsallarına qarşı müqavimət göstərmək istəyirdi. Nelson Pereira Dos Santosun “Barsız həyat” və Ruy Qerranın “Tüfənglər” ekran əsərləri cərəyanın iki nümunəsi kimi götürülə bilər. Ancaq cərəyanın əsl lideri və onilliyin braziliyalı kinoşünası kimi tanınan Qlauber Roşa olub. O, qəzetçi, tənqidçi, prodüser, böyük coşqu ilə qarşılanan “Fırtına”, “Ovsunlanmış torpaq” və “Antonio das Mortes” lentlərin müəllifi kimi yadda qalıb. 1968-ci ildə Braziliyada hökmranlıq edən hərbi diktatura “cinema novo”nu iflic edəndən sonra onun bir çox nümayəndələri ölkəni tərk etdilər.

Read more

Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen

Hollivudun əzəmətli ulduzlarından fərqli olaraq bəstəboy, eynəkli, insanda heç bir simpatiya yaratmayan Vudi Allen özünün intellektual yumor hissi ilə Şimali Amerika kino elitasının məşhuruna, bəlkə də son onilliyin ən məhsuldar rejissoruna çevrilib. Vudi Allen kimi heç kəs nevrotik, qorxaq, özünə əmin olmayan və həyatından bezmiş adam obrazını yarada bilməyib.

O, özünü xarakterizə edərkən deyirdi: “Mən qalib olmaq üçün alçaqboy və kifayət qədər çirkinəm”.

Read more

Dünya kinosunun retrospektivi

Hollivudun acınacaqlı dövrü.

“İfritələr” axtarışında

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə dinamit qoymaqla fəaliyyətilərini təhlükə altına atdılar. İkinci dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünə və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı. ABŞ və Sovetlər Birliyi arasında sakit, ancaq dəhşətli sonluqla nəticələ bilən, “soyuq müharibə” kimi tanınan siyasi gərginlik dövrü başlamışdı. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın “Hollywood” filmlərində mənfi obrazda təqdim etdiyi nasizmi ondan daha təhlükəli olan qorxaq kommunizmlə əvəzlədi və beləliklə Vilyam A. Vellman tərəfindən “Dəmir pərdə”, Corc Sidni tərəfindən isə “Qırmızı Dunay” kimi filmlər yaradıldı. Ancaq sovetləri pis vəziyyətə salan bir neçə filmlərlə “qırmızı təhlükə”ni aradan qaldırmaq heç də asan olmadı. Əksinə, bu addım kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Anti-Amerika Fəaliyyət Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər ölkəni başdan ayağa mühafizəkarlıq dalğasına bürümüş bu ideologiyanın kinoya təsirini araşdırmadı. İlk gündən böyük kinostudiyalar sovetləri təbliğ edən filmlər haqqında məlumat ötürmək üçün komitə ilə əməkdaşlığa başladılar. Cek L. Varner, Geri Kuper, Adolf Menju, Robert Teylor və Volt Disney “Holliwood”u “qırmızı” rəngə boyamaqla qərəzli olmadıqlarını göstərirdilər.

Read more