Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: macəra axtarışında

Meksika qarışqa yuvası kimi qaynaşan şəhərləri, insan ayağı dəyməyən sahilləri, dağlarda salınmış ecazkar kəndləri ilə sevilir. Tarix boyu qədim sivilizasiyanın izlərini, gözəl təbiətini kəşf etmək istəyənlər Meksikaya üz tutublar. Bu ölkə səyahətçilərə heç yerdə görə və eşidə bilmədikləri macəra vəd edir. Çimərliklərdən ayrılan cığırlar bir tərəfdən sizi təkəmseyrək kəndlərə, digər tərəfdən rəngarəng tutuquşu və qışqırışan … Read more

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Lava altında qalmış kilsə

Kuatrosieneqasdan 18 km məsafədə ağ quma bürünmüş ucu-bucağı görünməyən səhralıq uzanır. Mavi səma, ağappaq qum, mərkəzdə isə bir vahə. Tanış olun bura Meksikadır. Ancaq Maya və Azteklərin qədim diyarında görə biləcəyiniz şeylər tək bununla bitmir. Sarı şəhər, Kiriko dərəsi, səma rənginə boyanmış dənizi bədənizlə hiss edə biləcəyiniz Xel-Ha eko-parkı turistlərin sevdiyi istiqamətlərdəndir. Unutmayın ki, dünyanın ən cavan vulkanlarından biri də Meksikada yerləşir. Budəfəki yazımda Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirəm.

Read more

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Hər zaman yaddaşları közərdən Playa del Amor

Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirəm.

Playa del Amor (Sevgi çimərliyi)

Kabo San Lukas dənizindən çox da aralı olmayan Sevgi çimərliyi turistlərin ziyarət etdiklkəri cənnət məkanlardan biridir. Los Kabos mirvarisi sayılan bu yer Sakit okeanın girişində Mar de Kortes sularının yuduğu sonuncu çimərlikdir. Sevgi çimərliyi turistləri dəniz həyatının sirlərini – sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvariumunu kəşf etməyə çağırır. Bir tərəfdə qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş – bu başa çatdıra bilər.

Read more