Səssiz kinonun qəhrəmanları

Birinci Dünya müharibəsinin son illərində Avropada istedadlı rejissorlar meydana çıxmışdı. İsveçrəli rejissorlar Viktor Xöström “Sürgün olunmuşlar”, Mauritz Stiller isə “Arnenin xəzinəsi” filmləri ilə məşhur idilər. Almaniyada Ernst Lubitç tarixi yaddaşı yeniləyərək “Ana Bolena” filmi ilə, Fritz Lan “Nibelunqo” və “Metropolis”, Fridrix V.Murnau isə “Sonuncu” ekran əsərləri ilə tamaşaçıların zövqünü oxşayırdılar. Britaniyalı Alfred Hiçkokun “Qisasçı”, fransalı … Read more

Qoy adı hələlik sirr qalsın…

Təsəvvür edin ki, üç nəfərdən ibarək heyət kosmik gəmidə Yerə qayıdır. Onlardan biri depresiya keçirdiyindən nitqini itirib. Digəri, modulların birində güllələnmiş vəziyyətdə tapılıb. Əsərin üçüncü qəhrəmanı isə yaddaşını itirib. İndi o, göndərildikləri missiyanın səbəbini xatırlamalıdır. Qoy əsərin adı hələlik sirr qalsın…

Yer

“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə … Read more

Nəsrin … mərtəbəsinə xoş gəldin!

Səbrsizliklə gözlədiyim “YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ” kitabım nəhayət işıq üzü gördü.

Dostlar, kitabım haqqında ilk Söz deyən, mənim üçün əziz, dəyərli İnsan olan şair Qulu Ağsəsin xeyir-duası kimi qəbul etdiyim “Ön söz”ünü sizinlə bölüşürəm.

NƏSRİN … MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun…” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

Read more

Markes və uçan boşqablar

1969-cu il iyulun 20-də “Apollo 11” missiyasının modulu “Sakitlik dənizi” adlı bazalt tərkibli kraterə endi. Bu, min illər boyu meteoritlərin təsirinə məruz qalan Aydakı quru dənizlərdən biri idi. Ora iki astronavt – Neil Armstronq və “Buzz” (Vıj-vıj) ləqəbli Edvin Aldrin ayaq basaraq peykin səthində xatirə lövhə yerləşdirdilər. Üzərində isə bu sözlər yazılmışdı: “Burada Yer planetin sakinləri ilk dəfə olaraq Aya ayaq basıb. Biz bəşəriyyət adından sülh gətirmişik”.

Read more

Saatsazın özüylə söhbəti

Avtomobillərdə olduğu kimi qol saatlarının istifadəsi də müəyyən xərc tələb edir. Nə qədər gülməli səslənsə, ən bahalı mexaniki saatın belə müəyyən vaxtdan sonra təmirə ehtiyacı olur.

Çoxları sevdiyi saatını özü təmir etməyə çalışır, lakin bu incə işi ustaya həvalə etmək daha məqsədəuyğundur. Çünki tutar qatıq, tutmaz ayran prinsipi ilə mexanizmə müdaxilə etmək çox güman saatın dayanmasına gətirib çıxaracaq. Söhbət daşı dəyişməkdən getmir (yaxşı başladım).

Read more