27 yaşımda öləcəm…

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

– Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var…

Read more

Güzgülü rəsmlər müəllifi Mikelancelo Pistoletto

İtaliyanın ən məşhur, novator rəssamlarımdan biri olan Mikelancelo Pistoletto güzgülü rəsmlərin müəllifi kimi tanınır. Onun rəsmləri, ideyaları çoxlarınınn düşündüyü çərçivədən kənara çıxır. Pistolettonun incəsənətdə axtardığı azadlıq olduqca geniş bir müstəvini əhatə edir.

Mikelancelo Pistoletto 1933-cü ildə İtaliyanın Pyemont şəhərində dünyaya göz açıb. Atası kar olsa da bərpaçı-rəssam kimi sənət əsərlərinə yeni həyat bəxş edib. O zaman atasına emalatxanada kömək edən Pistoletto indi etiraf edir ki, yaxşı rəssam olmaq üçün inklüziv formada düşünmək lazımdır.

Read more

Coşqunla Eminin söhbəti

(hekayədən bir parça) Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı. – Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır? Coşqunun canından üşütmə keçdi. – Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən … Read more