Təyyarla Eminin söhbəti

Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi...

Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

– Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

– 12 ay.

Təyyar belə əyləncəli sualları dostundan tez tez eşidirdi, bu dəfə hazırcavab oldu və bayaqdan qəlbini sarmış həyəcanını söndürmək üçün eyni ahənglə məzəyə keçdi:

– Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

– Vaxt öldürür?

– Əhsən! Yaxşı bəs ona neçə il düşür?

– Bax bunu hakimdən soruşmaq lazımdı.

Ofisiant Təyyarın sifarişini gətirdi və pivənin qapağını ehmalca açıb bakallara süzdü və onlardan aralandı.

(“İki dünya arasında” hekayəsindən)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *