ABSURD XƏBƏRLƏR: Evdən çıxıb geri qayıtmayanlar pinqvinlərin yanında tapıldı

Son zamanlar gecə vaxtı qeyb olanların sayı artıb. Valideynlər narahatdır.

İki uşaq anası Səbinə Əsədullayevanın 18 yaşlı oğlu dünən evdən çıxaraq geri qayıtmayıb. Ana nə qədər oğlu ilə əlaqə saxlamağa çalışsa da zənginə cavab verən olmayıb.

Orbital Qüvvələr Komandanlığının mətbuat xidmətindən verilən məlumata görə Yerin cənub qütbündə tapılan adamların sayı yüksələn xətlə davam edir. Xilasetmə əməliyyatları zamanı üzə çıxan şəxslərdə yüngül yaddaş pozğunluğu müşahidə olunur. Dindirilmə zamanı onların paralel dünyaya keçib geri qayıtdıqları məlum olub. Ancaq qeyri-adi faktlarla üzləşən əməkdaşlar konkret tədbirlər görməyə tələsmir. Onların dediyinə görə paralel dünyadan çatdırılan məlumatları beyin süzgəcindən keçirmək üçün hələ bir müddət vaxt lazımdır. Hazırda tapılan şəxslər bir-bir evlərinə çatdırılır.

Redaksiyamızın əməkdaşı Eypril Onil bir daha Səbinə Əsədullayeva ilə əlaqə qurmağa cəhd edib. Ananın dediyinə görə oğlu heç kimlə danışmaq istəmir. Ancaq bir məlumatı o bizimlə bölüşüb: “Müxtəlif irqə mənsub olan yadplanetlilər paralel dünyalardan insanların vücuduna girərək bizi idarə etməyə çalışırlar. Yüksək sivilizasiyaların bəzi nümayəndələri insan irqini şər qüvvələrdən qorumağa çalışır, digərləri isə məhv etmək üçün gizli planlar qururlar”.

Görünür Səbinə Əsədullayevanın oğlu qismində paralel dünyadan qayıdan gənclər bu paranormal bacarığı artıq mənimsəyib. Və yadplanetli təcavüzündən gizlənməyin yollarını lazımi qurumlara çatdıracaqlar.


Discover more from Məmməd Məmmədli

Subscribe to get the latest posts sent to your email.

Leave a Comment