Dünyanın ən böyük təyyarələri

Budəfəki yazıda dünyanın ən iri təyyarələri haqqında danışacağam. “Stratolaunch” təyyarəsi Ginnesin rekordlar kitabına salınsa da ondan geri qalmayan digər təyyarə modelləri də var. Bəs, ən böyükləri hansılardır?

Airbus Beluga XL

“Airbus Beluga XL” siyahımızda ən kiçik təyyarə kimi görünə bilər, amma 60 metrlik qanadları ilə o ən cəlbedici hava gəmilərindən biridir. Balina formasında hazırlanan nəhəng mühəndislik əsəri digər təyyarə hissələrinin daşınması üçün istifadə olunur. “Beluga XL” özündən əvvəlki modelini yükdaşıma qabiliyyətinə görə 30 faiz üstələyir. Bu təyyarədə 51 tonadək yük qaldırmaq mümkündür. 63 metr uzunluğunda olan təyyarəni 2 ədəd “Rolls-Royce Trent 700” mühərriki havaya qaldırır. Hazırda bu təyyarədən dünyada 6 ədəddir.

Read more

Sözdən gələn “Sos”

Sözdən gələn “Sos”,
Yaxud yazıçının gələcəkdən sorağı

Məmməd Məmmədli gənc nasirdir. Hələlik söz aləmindəki düşüncə səyahətlərini iki kitaba cəmləyib. Birinci kitab “Ay işığı” adı ilə nəşr olunan ispan dilindən (orijinaldan) tərcümələrdir. Yadıma gəlir həmin kitab haqqında “Kredo” qəzetində bir səhifəlik yazı ilə münasibətimi bildirmişdim. Əlbəttə, mən ispan dili mütəxəssisi deyiləm. Müəllifin orijinala nə dərəcədə yaxınlığı haqqında da fikir deyə bilməzdim. Amma tərcümə ilə araya-ərsəyə gətirdiyi nəsr əsərlərindəki dil rəvanlığını, axıcılığı, sözlərin yerli-yerində, sanki orijinaldakı müəllifin Azərbaycan dilində danışmaq imkanlarını reallaşdırma gücü haqqında qənaətlərimi oxucularla bölüşmüşdüm. Onu da demişdim ki, “Ay işığı” kimi hekayələr toplusunu tərcümə ilə olsa da, araya-ərsəyə gətirən müəllif tezliklə öz sözünün orbitində bütün aydınlığı ilə görünə biləcəyinə inanıram.

Read more

Nəsrin … mərtəbəsinə xoş gəldin!

Səbrsizliklə gözlədiyim “YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ” kitabım nəhayət işıq üzü gördü.

Dostlar, kitabım haqqında ilk Söz deyən, mənim üçün əziz, dəyərli İnsan olan şair Qulu Ağsəsin xeyir-duası kimi qəbul etdiyim “Ön söz”ünü sizinlə bölüşürəm.

NƏSRİN … MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun…” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

Read more