ABSURD XƏBƏRLƏR: Evdən çıxıb geri qayıtmayanlar Antarktidada tapıldı

Son zamanlar gecə vaxtı qeyb olanların sayı artıb. Valideynlər narahatdır. İki uşaq anası Səbinə Əsədullayevanın 18 yaşlı oğlu dünən evdən çıxaraq geri qayıtmayıb. Ana nə qədər oğlu ilə əlaqə saxlamağa çalışsa da zənginə cavab verən olmayıb. Orbital Qüvvələr Komandanlığının mətbuat xidmətindən verilən məlumata görə Yerin cənub qütbündə tapılan adamların sayı yüksələn xətlə davam edir. Xilasetmə … Read more

Yer

“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə … Read more

Mars

Bir dəfə həqiqət axtarışına çıxan bir qarapaltarlı ağacın kölgəsində sake içən yaşlı bir samuraya yaxınlaşıb yerin mərkəzinə gedən yolu soruşub. Samuray onun səsindəki qəzəbi hiss etsə də üzə vurmayıb, zarafatca əlini elə gəldiyi istiqamətə tutaraq deyib ki, həqiqət arxada qaldı. Sən onu ötüb keçibsən. O, samurayın sözlərini özünə təhqir sayıb bir göz qırpımında ayağı ilə … Read more

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: macəra axtarışında

Meksika qarışqa yuvası kimi qaynaşan şəhərləri, insan ayağı dəyməyən sahilləri, dağlarda salınmış ecazkar kəndləri ilə sevilir. Tarix boyu qədim sivilizasiyanın izlərini, gözəl təbiətini kəşf etmək istəyənlər Meksikaya üz tutublar. Bu ölkə səyahətçilərə heç yerdə görə və eşidə bilmədikləri macəra vəd edir. Çimərliklərdən ayrılan cığırlar bir tərəfdən sizi təkəmseyrək kəndlərə, digər tərəfdən rəngarəng tutuquşu və qışqırışan … Read more

Heminqueyə görə həyat – Enrike Vila-Matas

Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir.

Read more

Yaponiyanın mini avtomobilləri

Miniatürləşdirmə əsl yapon xüsusiyyətidir və Autozam AZ-1 buna gözəl nümunədir. Mazda şirkəti AZ-1 modelini layihələndirərkən qarşısına yalnız bir məqsəd qoymuşdur – avtomobil mümkün qədər yüngül olmalıdır. Məhz bu cəhət onu əsl sürət avtomobilinə çevirib. 720 kiloqram çəkisi olan Autozam AZ-1 8 saniyəyə düz 97 kilometr saat sürət yığırdı. AZ-1 modeli bu gün avtohəvəskarlar arasında nadir tapıntıdır.

Read more