Telman üçün şapalaq

Xanlar İbrahimov alnını tər basmış tösmərəyi dinlədikdən sonra əlini telefonun dəstəyinə atdı və qarderob işçilərinin hamısını otağına yığdı. Onlar bir-bir içəri keçib əsgər manqası kimi sıraya düzüldülər. Xanlar müəllim yaxınlaşıb əlini Telmanın çiyninə qoydu və üzünü qızlara tutub amiranə səslə dedi:
–Bu kişinin papağını tapın!

“Mən atamı xatırlamıram…” XƏZAN jurnalında

Unutqanlıq insanı ən ağır dərddən belə qurtara bilər. Deyərdim ki, xoşbəxtliyə gedən yol məhz unutqanlıqdan keçir. Bəzən yaddaşına elə bir silinməz ləkə düşür ki, rahat ola bilmirsən. O səni içəridən sıxır və sən suyun dərinliyində boğulursan. Bu zaman elə bir möcüzə baş verməlidir ki, hər şeyi unudub həyatını təzədən başlayasan. “Mən atamı xatırlamıram…” hekayəsi Aslanın … Read more

27 yaşımda öləcəm…

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

– Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var…

Read more