Mən atamı xatırlamıram…

hekayə

Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi…

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

Read more

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

(hekayə)

Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.

***

Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:

– Aşkito, ürəyim sıxılır, elə bil havam çatmır.

– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.

– Kofe?

Read more

Ərafın dərin qatlarında

(hekayə)

Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi. Yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…

Yan-yörəmdəkilər adam cildində olsalar da dəriləri şəffaf idi. Sümükləri görsənirdi. Uzun saçları vardı. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şüalarında görürdüm. Tələsirdilər… Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cınqırı belə çıxmırdı. Tam səssizlik…

Read more

İki dünya arasında

(hekayə)

İllüminatordan yerin mənzərəsini seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl toxundu:

Read more

İşıqdan gözləri qamaşanlar

Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.

Read more

Yad təfəkkürdən doğma düşüncəyə

YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ, yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında

Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə “Ay işığı” kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, “Ay işığı” adı ilə nəşr olunan nəsr kitabı onun ilk uğuru kimi yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə görə. Əvvəla, tərcümə işinə gəncliyindən başlamaqla bu sahənin ustadına çevrilmək imkanları hələ qarşıdadır. Üstəlik də hələ bu işə sevərək, öyrəndiyi dilin incəliklərinə bələd olaraq və bu dilin cazibəsilə sahəyə gəldiyi üçün gələcəkdə daha böyük əsərləri və demək, daha qüdrətli sənətkarları Azərbaycan dilində danışdıra biləcək.

Read more

Təhrik – Xavier Serkas

(TƏHRİK povestindən bir parça)

Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib bildiyi ümumi qurluşuna, oradakı personajlara və hadisələrə təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və təxəyyülünün yeni impuls götürməsini təmin edirdisə də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki, bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əsər səviyyəsinə qaldıra bilər, elə Alvaronun istədiyi də bu idi. Bir tərəfdən reallığın uydurulmuş səhnələrin yaradılmasına imkan verən təsvirə meyillik təhrifə meyillilik deməkdirsə, o zaman belə hesab edirdi ki, hisslərin estetik zövqə can atması kobud bir səhvdir. Əsl təsvir təqlid olunmayan təsvirdir. Digər tərəfdən, hadisələri eyni tonda, ahəngdə nağıl etmək gərək idi. Sanki hadisələri danışan şəxs söylədiklərinin hamısını başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutur, əsərin strukturunu müəyyən etdiyindən sevinirdi.

Read more