Hubble qaranlıq materiyadan məhrum olmuş “kabus” qalaktikaya baxır

Bu nəhəng, qeyri-müəyyən formalı qalaktika o qədər diffuzdur ki, astronomlar onun arxasındakı uzaq qalaktikaları aydın görə bildikləri üçün onu “şəffaf” obyekt adlandırırlar.

Kataloqa NGC 1052-DF2 kimi daxil olan obyektin nə mərkəzi hissəsi, nə də spiral qalaktikalara məxsus qolları və diski var. Amma o, elliptik qalaktikaya da bənzəmir. Hətta onun kürəyəbənzər ulduz topaları da qəribədir: onlar digər qalaktikalarda rast gəlinən tipik ulduz qruplaşmalarından iki dəfə böyükdür.

Read more

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

(hekayə)

Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.

***

Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:

– Aşkito, ürəyim sıxılır, elə bil havam çatmır.

– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.

– Kofe?

Read more

Qarda sənin qan ləkən – Qabriel Qarsiya Markes

Axşamtərəfi sərhədə çatanda Nena Dakonte gördü ki, toyda barmağına taxdığı nişan üzüyü qana bulaşıb. Yun adyala bürünmüş jandarm Pireney dağlarından əsən güclü küləyə sinə gərərək bir əlində fənər yırğalana-yırğalana sərhəd keçid məntəqəsinə gələnlərin pasportlarını yoxlayırdı. İkisinin də pasportu diplomatik idi. Sənədlərin qaydasında olduğuna baxmayaraq, o, fənərin işığını gənclərin üzünə salıb şəkillə tutuşdurdu. Nena Dakonte balaca bir qızcığaza bənzəyirdi. Bal rəngində şəffaf dərisi tutqun, darıxdırıcı yanvar axşamında hələ də Karib günəşini əks etdirir, gözləri isə xoşbəxt quş gözlərinə bənzəyirdi.

BABƏK, YOXSA KƏBAB?

İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram.

Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil) – zay. İspanlar bunu bilirmiş kimi bizdən bəzi sözləri mənimsəyərək, öz dillərində işlədib, bəzən də onları tərsinə yazıblar. Misal: Araz (çay) – Zara (geyim brendi), Otaq – qato (pişik), Anar – rana (qurbağa).

Read more