Bəhs etdiyim fikirlər Rusiyanın “Velikaya tayna vodi” sənədli filmindən götürülüb.
Su Yer kürəsində ən adi elementdir. O həyatımızın böyük hissəsini təşkil edir. Bəs, su haqqında biz nə bilirik? Hardan gəlib? Nə üçün? Dili olsaydı, bəlkə də bu sualların cavabını elə suyun özü verərdi. Çünki suyun miqdarı Yer planetinin yarandığı vaxtdan bu günə dəyişməyib.
Digər məhlullardan fərqli olaraq suyun özünəməxsus xüsusiyyətləri var. Heç bir alim mənfi dərəcələrdə suyun böyümə səbəbini izah edə bilmir. Su donanda genişlənir, qızanda isə həcmi azalır. Görəsən bu niyə belədir? O biri elementlərdə bu proses əksinədir. Olmaya, su canlıdır?
Suyun hər xüsusiyyəti unikaldır. H2O elementinin Yer üzündə maye, buz və qaz halında mövcud olması alimlər üçün böyük maraq doğurur. Nə üçün su dünyada ən güclü həlledici məhlul sayılır? Və necə olur ki bu maddə, yüzlərlə atmosfer təzyiqi altında ağacın gövdəsindən yuxarı budaqlarına doğru hərəkət edir?
“Biz nəhayət anladıq ki, su haqqında heç nə bilmirik. Bu, elm üçün böyük sıçrayışdır” – Moskva Dövlət Universitetinin professoru Vladimir Voeykov belə deyib.
Suyun yaddaşı var. Dünya laboratoriyalarında aparılan tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, su ətrafda baş verən bütün hadisələri, ona göstərilən bütün təsirləri öz yaddaşına həkk edir. Su gümüşlə təmasda insan orqanizminə məlhəm kimi təsir edir. Burada suyun kimyəvi tərkibindən çox molekulyar strukturu əsas götürülür. Molekullar bir-birilə birləşərək klasterlər əmələ gətirir. Alimlər güman edir ki, suyun yaddaşı onun klasterlərində gizlənir.
Su bütün qıcıqlara cavab verir. Heç kimin ağlına gəlməz ki, evdə işığı yandıranda, yaxud da elektrik çaydanında suyu qızdıranda onun xüsusiyyəti dəyişə bilər. Su molekulu atomlara bölünüb, yenidən birləşsə belə, klaster yaddaşı itmir, o uzun illər özündə olan məlumatı saxlayır.
İnsan gün ərzində 2 litrədək su içir. Daha bir litr duş qəbul edərkən dəriyə hopur. Su mənzilimizə qalxarkən uzun və mürəkkəb yol keçir. Təbiətdə su sakit və mülayim döngələrlə axır, amma böyük şəhərlərin su borularında təzyiqlə vurulan su dəfələrlə 90 dərəcəlik sərt döngələrdən keçməli olur. İndi suyun vəziyyətini özünüz təsəvvür edin.
Su həyat mənbəyidir. Canlılarda DNK strukturunun formalaşmasında suyun iştirakı labüddür. Məhz su bioloji inkişafın sirrini açır.
Suyu çox zəif, Yerin təbii maqnit sahəsindən də zəif bir sahənin içində saxladıqdan sonra ora bir sürü balıq buraxılıb. Məlum olub ki, belə suda yetişən balıqlar kənar təsirlərə eyni həssaslıqla cavab verirlər. Balıqlar sinxron hərəkətlərlə üzməyə başlayıb, sanki onlarda kollektiv şüur formalaşıb.
Hələ 1932-ci ildə Amerika alimi Hilbert Nyuton Lyuis laboratoriyada ağır su deyilən, deuterium – iki hidrogen və iki oksigen atomundan ibarət D2O molekulunu almışdı. Sonradan D2O-nun əsasında hidrogen bombası yaradıldı. Radiasiyanın hansı xəstəliklərə gətirdiyini isə sadalamağa ehtiyac yoxdur.
Hidrogen bombasının partlaması təcrübə aparılan zonadan min kilometrlərlə aralı yaşayan insanlara, o cümlədən təbiətə mənfi təsir göstərir. Həmin sudan heyvanlar da içir, insan da. D2O partlayışından sonra əmələ gələn suyu içən adamlarda sui-qəsd meyli artır. İnsan beyninin çox hissəsi sudan ibarət olduğu üçün orqanizmdəki suların strukturunda uyğunsuzluq yaranır. Alimlər bu prosesin elmi yolla izahını tam verməyə acizdir.
Təbiətdə suyun yanması adlı bir termin var. Yanma zamanı sudan istilik ayrılır, eyni zamanda həmin su işıq saçır. İnsan gözü onu görə bilməsə də, bu prosesi izləmək üçün xüsusi cihazlar mövcuddur.
İmmuniteti zəifləmiş insanın qanına mikroskop altında baxanda qan hüceyrələrinin bir-birinə yapışdığını görürük. Tibdə buna aşağı ROE deyirlər. Ancaq strukturlaşdırılmış su içəndən sonra həmin şəxsin qanındakı hüceyrələr maqnetik sahəsini bərpa etmiş kimi dənə-dənə bir-birindən ayrılırlar. Belə olan halda qan hüceyrələrinin orqanizmdəki oksigeni daşımaq qabiliyyəti artır.

Yapon alimləri su üzərində təcrübələr apararkən maraqlı faktlarla üzləşib. Onlar mikrodalğalı sobada qızdırılmış suyu, insanın sevgi və aqressiyasına, həmçinin musiqi səslərinin təsirinə məruz qalan suyu donduraraq mikroskop altında buz nümunələrinə baxıblar. Nəticə eyni olmayıb.
Elə həmin ölkədə psevdo fikirləri ilə tanınan Emoto Massaru qeyri adi təcrübə aparıb. O, düyü doldurulmuş üç ədəd qaba su əlavə edib. Və bir ay müddətində birinə çox sağ ol deyib, ikinci qabdakı düyünü təhqir edib. Üçüncü qaba isə əhəmiyyət verməyib. Bir müddət sonra təşəkkürünü bildirdiyi düyüdən xoş ətir gəlib. İkinci qabda olan düyü kiflənib. Fikir vermədiyi düyü isə qaralıb.
Emoto Massaru “suyun yaddaşı” psevdoelmi üzərində qlobal biznes qurduğu üçün çoxları onu fırıldaqçı hesab edirdi. Deyirdilər ki, elmi əsası olmadan musiqinin suya təsiri ilə su kristallarının naxışlanması effekti daha çox incəsənəti xatırladır. Ola bilsin Massarunun fikirlərində və yuxarıda sadaladıqlarımızda bir həqiqət var. Çünki həyatın efiri sudur.
Təqdim etdi: Məmməd Məmmədli
Discover more from Məmməd Məmmədli
Subscribe to get the latest posts sent to your email.